|
|
Mənə çox məsuliyyətli iş həvalə olunub - Hacı Şahin Həsənli ilə MÜSAHİBƏQafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı, tanınmış nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənlinin Milli.Az-a müsahibəsi: - Fevralın 21-dən etibarən "Mədəniyyət" kanalıda yayımlanan "Haqqın dərgahı" proqramı sizin aparıcılığınızla təqdim olunur. Belə bir ideya, təşəbbüs hardan qaynaqlandı? "Haqqın dərgahı" proqramı Azərbaycanın öz müstəqilliyini qazandığı ilk illərdən Azərbaycan Dövlət Televiziyasında yayımlanır. Uzun illər onun aparıcısı dəyərli ziyalımız, Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev olub. Onun aparıcılığı sayəsində bu veriliş çox böyük rəğbət qazanıb. "Haqqın dərgahı" dini dəyərlərimizə elmi yanaşma ilə seçilən verilişdir. Onun geniş ziyalı auditoriyası var. İndiyədək də bu veriliş tamaşaçılar tərəfindən maraqla izlənilir. Bir müddət əvvəl isə Azərbaycan Dövlət Televiziyası və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu verilişə mənim müəlliflik etməyim təşəbbüsü irəli sürüldü. Mən də bu təklifi böyük məmnuniyyətlə qəbul elədim. Fikrimcə, mənə çox məsuliyyətli iş həvalə olunub. Çalışacam ki, inşəAllah, proqramın əsas istiqamətini bundan sonra da davam etdirək. Ümid edirəm ki, tamaşaçıların ümidini doğrulda biləcəm.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2019 12:25 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |