|
|
Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının anım mərasimi keçirilibBu gün Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. Ahlibeyt.az-ın SİA-ya istinadən verdiyi məlumata görə, tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Milli Məclisin deputat Elman Məmmədov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Anadolu Universiteti Ədəbiyyat Fakültəsi Tarix bölümünün müəllim dos. dr. Mehmet Topal, Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Boran Aziz çıxış edib. Türkiyə səfiri tədbiri giriş nitqi ilə açaraq deyib ki, Xocalı faciəsi insanlığa qarşı bir günahdır, tarixdə qara bir ləkədir: “Bu ləkə onu həyata keçirənlərin üzündə qalacaq. Vaxtilə Xocalıda yaşayanlar həyatda olduqları müddətcə başlarına gətirilən faciələri bütün dünyaya çatdırmalıdırlar. Biz hər zaman qardaş Azərbaycanın dərdini bölüşürük. Ancaq, xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlər bütün dünyaya çatdırılmalıdır”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2019 11:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |