|
“Şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilibFevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın Dovlət komitəsinin mətbuat xodmətinə istinadən məlumatına görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Şahlar Məmmədov, İsmayıl Cəfərov və Abşeron rayonunda yerləşən məscidlərin din xadimləri, dini icma sədrləri, dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şahlar Məmmədov iştirakçılara faciə ilə bağlı ümumi məlumat verib və Xocalı faciəsinin xalqımızın məruz qaldığı faciələrdən ən dəhşətlisi olduğunu bildirib. Xocalı faciəsinə ədalətli qiymət verilməsi, dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində dövlətimiz tərəfindən lazımi işlərin aparıldığı qeyd olunub. DQİDK-nın əməkdaşı İsmayıl Cəfərov isə çıxışında bildirib ki, Xocalı şəhəri həm strateji baxımdan, həm də Azərbaycan ərazisində qədim yaşayış məntəqəsi olmağı baxımından əhəmiyyətli ərazi olduğuna görə düşmən məqsədli şəkildə buranı seçib. Faciədən sonra strateji cəhətdən əhəmiyyətli obyektlər və tarixi-dini maddi mədəniyyət nümunələri tamamilə məhv edilib. Daha sonra çıxış edən din xadimləri bu soyqırımının həm xalqımıza, həm də bütün müsəlmanlara qarşı törədilən faciə olduğunu, Azərbaycan həqiqətlərinin təbliğində din xadimlərinin üzərinə mühüm vəzifə düşdüyünü vurğulayıblar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2019 10:24 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |