|
|
“Haqqın dərgahı” verilişi Hacı Şahin Həsənlinin təqdimatında21 fevral tarixindən etibarən "Mədəniyyət" kanalında "Haqqın dərgahı" verilişi ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında yayımlanmağa başlamışdır. Ahlibeyt.az-ın məlumatına görə, "Haqqın dərgahı" verlişi hər cümə axşamı günü saat 18:40-da(18:45) "Mədəniyyət" kanalında yayımlanacaq. Cəmiyyət üçün aktual və maraqlı olan dini mövzulara toxunulan proqram artıq yeni formatda çəkiləcək.Verlişə qonaqların da dəvət olunması nəzərdə tutulub. Verlişi internet üzərindən canlı yayımıda medeniyyet.az saytından, videoyazını isə Hacı Şahin Həsənlinin rəsmi YouTube kanalından izləmək mümkün olacaq. Proqramın müəllifi Teymur Arifoğlu, rejissoru isə Sevda Abdullayevadır. Qeyd edək ki, "Haqqın dərgahı" verlişi uzun illər şərqşünas alim,Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şuranın sədri akademik Vasim Məmmədəliyevin təqdimatında efirə yayımlanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2019 09:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |