|
Milli-mənəvi və dini dəyərlərimizin qorunmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşürAstara Rayon Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev dövlət-din münasibətlərindən danışaraq, İslam dininin ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə və humanizmə dəvət etdiyini bildirib. Ötən il görülən işləri, həyata keçirilən layihələri diqqətə çatdıran M.Hacıyev rayonda mövcud olan vəhdətin qorunub saxlanılmasının vacibliyini qeyd edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında milli-mənəvi və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən danışıb. QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli dövlətin dinə qayğısından danışaraq, dini icma sədrlərinə və din xadimlərinə tövsiyələrini çatdırıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2019 10:55 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |