|
|
Tarix muzeyinə İmadəddin Nəsiminin əlyazma “Divan”ı hədiyyə edilibAMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib. Ahlibeyt.az-ın AMEA rəsmi saytına istinadən məlumatına görə, bu günlərdə görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin(1895-1964) şəxsi arxivindən muzeyə nadir kitablar daxil edilib. Nəşrləri alimin qızı, muzeyin Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova hədiyyə edib. Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid olduğu ehtimal edilən “Divan”ının əlyazma bir nüsxəsi də var. Bu əsər əski əlifbasında və Azərbaycan türkcəsindədir. “Divan” orta əsrlər Azərbaycan sufi-hürufi fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2019 10:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |