|
Azərbaycanda sonsuzluq səbəbindən nikahların pozulması halları artıbAzərbaycanda sonsuzluq səbəbindən nikahların pozulması halları 33.5 faiz artıb Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, 2018-ci ildə Azərbaycanda uşaqların olmaması səbəbindən 785 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə bu səbəbdən nikahların pozulması halları 588 olub. Nazirlikdən bildirilib ki, Azərbaycanda nikahın pozulmasının əsas səbəbləri ər-arvadın bir-biri ilə xasiyyətlərinin tutmaması, xəyanət, qısqanclıq, maddi çətinlik, mənzilin olmaması, ailədaxili zorakılıq, ailə münasibətlərinin pozulması, uşaqların olmaması, sərxoşluq, narkomaniya, xəstəlik və digər hallarla bağlıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən E.Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir. Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin E.Səfərovun fikrincə, əvvəllər ailələrdə məişət zorakılığı halları boşanmaya səbəb olmurdu.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2019 11:12 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |