|
Azərbaycanın bəzi bölgələrində zəlzələ qeydə alınıb - Ayət namazının qılınma qaydasıFevralın 5-i saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkan qeydə alınıb. Ahlibeyt.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun verdiyi açıqlamaya əsasən, İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32- də iki yeraltı təkan (zəlzələ) baş verib. Zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. İlkin araşdırmalara görə, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. 1-ci təkan qısamüddətli, 2-ci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda dəqiqləşdirmələr aparılır. Dağıntılar haqqında məlumat daxil olmayıb. Ayət namazı - Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. Hadisənin duyulmadığı başqa bölgələrin əhalisinə ayat namazı vacib deyil. Günəş və Ay tutulması, zəlzələ zamanı camaatın qorxub-qorxmaması, insanın onu hiss edib-etməməsi şərt deyil, bu halda da ayət namazı qılınmalıdır. Məsələn, bir nəfər zəlzələ zamanı yatmış olub xəbər tutmasa, yenə ayat namazını qılmalıdır. Ayət namazının qılınma qaydası Аyәt nаmаzı iki rәkәtdir vә hәr rәkәtindә bеş rüku vаrdır. Niyyәtdәn sоnrа(zəlzələyə ayət namazı niyyəti ilə) tәkbir(Allahu Əkbər) dеyib bir Hәmd vә bir Surәni tаm охumаlı, rükuyа gеtmәli, rükudаn qаlxıb yеnә dә bir Hәmd vә bir Surә охumаlı, sоnrа rükuyа gеtmәlidir. Bеlәliklә bu bеş dәfә tәkrаr еtmәlidir. Bеşinci rükudаn qаlхdıqdаn sоnrа iki sәcdә еtmәli, аyаğа qаlхıb ikinci rәkәti dә еynilә birinci rәkәt qaydası ilə yеrinә yеtirmәli, tәşәhhüd vә sаlаmı dеyib nаmаzı bitirməlidir. Qeyd edək ki, "Ayət namazı"nın digər qaydaları da mövcuddur ki,onlar barədə məlumat almaq istəyənlər bu barədə risalə və digər mənbələrə müraciət edə bilərlər. Xatırladaq ki,əgər bir bölgədə təkanlar tətkrarlanarsa bu halda onların sayına uyğun olaraq ayrılıqda niyyət edilərək ayət namazı qılınmalıdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2019 02:18 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |