|
VII Qlobal Bakı Forumunda 70 ölkədən 450 nümayəndə iştirak edəcəkMartın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçiriləcək. Ahlibeyt.az-ın məlumatına görə, Mərkəzdən verilən açıqlamada bildirilir ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq. Forumda tanınmış dövlət adamlarının, siyasətçilərin, nüfuzlu ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2019 14:30 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |