|
|
Bakıda “Gənclər siyasətinin Azərbaycan modeli” adlı beynəlxalq konfrans öz işinə başlayıbBu gün Bakıda Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən təşkil olunan "Gənclər siyasətinin Azərbaycan modeli" adlı beynəlxalq konfrans öz işinə başlayıb.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, konfransa Bolqarıstan, Rumıniya, Macarıstan, Türkiyə, Ukrayna, Belarusiya, Rusiya və Gürcüstandan olan iştirakçılar qatılıb.
Məlumat verilib ki, konfransı keçirməkdə əsas məqsəd son illərdə Azərbaycanda gənclər siyasətinin inkişafında əldə olunan nəaliyyətlərin müzakirəsi və beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Konfransın qarşıya qoyduğu əsas hədəf Azərbaycanda gənclər siyasəti və gənclər işində baş verən yenilikləri, eləcə də bu sahədə mütərəqqi islahatları və yeni qəbul edilən Azərbaycan gəncliyi dövlət proqramını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Ağacan Abıyev Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, ölkədə gənclərin inkişafına daima dəstək verilir, onlara diqqət və qayğı göstərilir.
Konfrans iki gün davam edəcək.
Qeyd edək ki, konfrans çərçivəsində yerli və beynəlxalq tərəfdaşları bir araya gətirərək qrup işləri və müzakirələr vasitəsilə Azərbaycan və Avropa proqramları arasında mübadilə və iştirakı genişləndirməyə yönələn müzakirələr aparılacaq. Konfrans zamanı təqdimatlar vasitəsilə iştirakçılar beynəlxalq proqramda iştirak, Azərbaycanda gənclər işi və gənclər siyasəti tərəfdaş ölkələrlə ortaq layihələrin icrası məsələsi müzakirə olunacaq.
![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2019 10:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |