|
|
Filippində müsəlmanlarla bağlı tarixi referendumun ilkin nəticələri açıqlanıbFilippinin cənubunda Moro müsəlmanlarının taleyini müəyyənləşdirəcək referendumda səslərin sayılması davam edir. İlkin nəticələrə görə, Cotobato və Isabella şəhərlərinin sakinlərinin «Bəli» səsi rekord həddi keçib. Ahlibeyt.az-ın Faktxeber-ə istinadla verdiyi məlumata görə, Cobatoda 65 faiz, Tavi-Tavidə isə 80 faiz təsdiq səsi toplanıb. Qeyd edək ki, yanvarın 21-cə Filippinin cənubunda Moro xalqından olan müsəlmanlara geniş muxtariyyət verilməsi ilə bağlı referendum keçirilib. Məlumata görə, Mandanao adasında və yaxınlıqdakı kiçik adalarda 3 milyona yaxın adam səsvermə hüququna malikdir. Yanvarın 26-da açıqlanacaq nəticələrdən sonra ərazidə yeni Banqsamoro (Moro xalqı) Muxtar rayona yarana bilər. Belə olarsa hökumət iqtisadi, maliyyə, sosial, mədəni, təhsil sahələrində geniş səlahiyyətlərə malik olacaq. Həmçinin ərazidə şəriət məhkəmələri fəaliyyət göstərəcək. Filippinin Mərkəzi hökuməti isə müdafiə, təhlükəsizlik, xarici və maliyyə kredit siyasətinə nəzarət edəcək. Muxtariyyətin yeni administrasiyası tam olaraq 2022-ci ildə keçiriləcək seçkilərdən sonra qurulacaq. O vaxta qədər hökumət Manila və Moro İslam Azadlı Cəbhəsi arasında sazişə uyğun olaraq keçid orqanının əlində olacaq. Saziş tam olaraq 2017-ci ildə işlənib və imzalanıb. 2018-ci ilin may ayında sənəd Filippin Konqresi tərəfindən təsdiqlənib, iyul ayında isə Rodriqo Duterte tərəfindən imzalanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2019 11:50 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |