|
|
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bakıdakı Məşədi Dadaş məscidində yad edilibQanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bakıdakı Məşədi Dadaş məscidində da dərin hüznlə yad edilib. Faciənin 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə yüzlərlə insan iştirak edərək şəhidlərin xatirəsini anıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, tədbirdə çıxış edən məscidin imamı hacı Şahin Həsənli 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın mübarizliyindən danışıb. O bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin şanlı səhifəsidir. Hər kəsin bu cür tədbirlərdə iştirak etməsi bir vətəndaşlıq borcudur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca 20 Yanvar faciəsi qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2019 17:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |