إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xanım Zeynəbin(s) təvəllüdündə nə üçün həzrət Peyğəmbər(s) ağladı?

Həzrəti Məhəmməd(s) buyurur: “Qızım Fatimə! Bil ki, məndən və səndən sonra bu qız müxtəlif ağır bəla və müsibətlərə düçar olacaq.”

“Zeynəb” atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan xanım Zeynəb (s.ə.) öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri olur. Onun adqoyma mərasimi haqda tarixdə belə göstərilir:

Xanım Zeynəbin (s.ə.) təvəllüdü zamanı Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan xanım Fatimeyi-Zəhra s.ə.) İmam Əlidən(ə) istəyir ki, uşağa ad qoysun. Həzrət Əli(ə) buyurur: “Mən atan Peyğəmbərdən önə keçə bilmərəm. Səbir edək Peyğəmbər (s) səfərdən gəlsin və hansı adı məsləhət bilsə, o adı da uşağa qoysun.”

Peyğəmbər(s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli(ə) xanım Zəhranın övladı  olması xəbərini Peyğəmbərə(s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Həzrəti Məhəmməd(s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.”

Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.”

Bunu eşidən Peyğəmbər(s) Zeynəbi öpüb buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qıza hörmət etsin. Çünki, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.55.)

Yani Xanım Xədiceyi-Kubranın(s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın da İslam yolunda dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Nəql olunur ki, Peyğəmbəri-Əkrəm (s) uşağı qucağına aldıqdan sonra üzünü onun üzünə qoyub ağlamağa başlayır. Xanım Fatimeyi-Zəhra (s.ə.) atası Peyğəmbərdən (s) ağlamasının səbəbini soruşduqda, Peyğəmbər (s) buyurur: “Qızım Fatimə! Bil ki, məndən və səndən sonra bu qız müxtəlif ağır bəla və müsibətlərə düçar olacaq.”

Xanım Fatimeyi-Zəhra (s.ə.) da ağlayaraq soruşur: “Atacan! Ona və onun başına gələcək müsibətlərə görə ağlayanın savabı nədir?” Həzrət buyurur: “Ey ciyərparəm və gözümün nuru! Ona və onun müsibətlərinə ağlayan hər bir kəsin savabı onun iki qardaşına (Həsən və Hüseynə) ağlayanın savabı kimidir!” (“Xəsaisuz-Zeynəbiyyə”, səh.53.)

Mənbə: maide.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2019  11:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!