|
|
Bakıda istifadəsiz geyim əşyalarının toplanması məntəqələri açılıbTəkrar istifadənin ətraf mühitə müsbət təsirini və geyim əşyalarına olan tələbatı nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz paltar və ayaqqabıların toplanması üçün ianə qutuları quraşdırılıb. Ahlibeyt.az-ın məlumatına görə, İctimai Birlikdən mətbuata verilən açıqlamaya əsasən, şəhərimizin müəyyən nöqtələrində yerləşdirilən qutulara insanlar artıq istifadə etmədikləri və paylaşmaq istədikləri geyimlərini yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkraristifadə qutuları ilkin olaraq "Bravo" hipermarketləri və Babək prospektində yerləşən "Bravo" superstorda, həmçinin həmin prospektdəki "SOCAR Petroleum" yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur. IDEA İctimai Birliyi səhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, eyni zamanda təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır. Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir. İanə qutularına toplanan əşyalar mütamadi olaraq müxtəlif paylanma məntəqələri, o cümlədən "Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti" və "Birlik" xeyriyyə təşkilatı vasitəsilə insanlara paylanacaq. Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2019 10:22 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |