|
|
Azərbaycanda maddi dəstək alan din xadimlərinin sayı açıqlanıb“Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi 1060-dan çox din xadiminə hər ay maddi dəstək göstərilir”. Ahlibeyt.az-ın “Report”a istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, maddi dəstək Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən verilir. M.Qurbanlı vurğulayıb ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkədə cəmi 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur: “Eyni zamanda, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 877-si İslam, 32-i isə qeyri-islam (xristian - 21; yəhudi - 8; bəhai - 2; krişna - 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Dekabr, 2018 12:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |