|
|
Mübariz Qurbanlı: Sosial mediada insani dəyərlərə və əxlaqa zidd məsələlər təbliğ olunur"Sosial media beynəlxalq təşkilatlar səviyyəsində hər zaman müzakirə predmeti olub. Bu vasitə dünyada insanlar arasında ünsiyyət yaradılması baxımından digər media nümunələrini üstələyir. Çünki burada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir". Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini qurumlar və sosial media" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var: "Bəzi ölkələrdə sosial medianın fəaliyyəti üzərində dövlət səviyyəsində qanunvericiliklə nəzarətin yaradılması istiqamətində addımlar atılıb. Bəziləri bunu azadlığa maneə kimi qələmə verirlər". Dövlət Komitəsinin sədri əlavə edib ki, Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir: "Çünki bu sahədə bəzən dezinformasiya baş alıb gedir. Eyni zamanda, insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə yayılır, təşviq və təbliğ olunur. Ona görə də bu mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Dekabr, 2018 11:46 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |