|
Ölkəmizdə fəaliyyət göstərən veb-saytların statistik-analitik mexanizmləri işlənilməlidirİnkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti ideyasını həyata keçirən informasiya ombudsmanı institutu fəaliyyət göstərir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu fikri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransında çıxışı zamanı səsləndirib. Tədbirdə AMEA-nın akademik-katibi ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirən veb-saytların statistik-analitik mexanizmlərinin işlənilməsinin zəruriliyindən danışıb. Bildirib ki, hazırda veb-resursların vəziyyəti haqqında statistik məlumatların xarici operatorlar tərəfindən toplanması və analiz olunması, bu istiqamətdə elmi araşdırmaların aparılmasını, milli və beynəlxalq tələblərə cavab verən statistik mexanizmlərin işlənilməsinin əhəmiyyətini zəruri edir. Alim Azərbaycanda pilotsuz uçuş aparatlarından – dronlardan istifadə sahəsində ciddi problemlərin olduğunu nəzərə çatdırıb: “Qanunvericilik bazası olmadığından dronların ölkəyə gətirilməsi və bu aparatlardan istifadə ilə bağlı qadağalar mövcuddur, dronları sertifikatlaşdıran hüquqi sənəd yoxdur”. Akademik R.Əliquliyev qeyd edib ki, bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla beynəlxalq öhdəliklərdən irəli gələn qanunlar qəbul edilməli, normativ-hüquqi sənədlərin praktikada geniş tətbiqi üçün kompleks tədbirlər görülməlidir. AMEA da öz növbəsində qanun layihələrinin hazırlanmasında müvafiq qurumlarla birgə fəaliyyət göstərməlidir. Son zamanlar cəmiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı meydana çıxan problemlərdən danışan alim insanların şəxsi həyatının toxunulmazlığı, fərdi məlumatların qorunması sahəsində boşluqların olduğunu, sosial şəbəkələrdə təhdidlərin vüsət aldığını diqqətə çatdırıb. R.Əliquliyev inkişaf etmiş ölkələrdə informasiya cəmiyyəti ideyasını həyata keçirən informasiya ombudsmanı institutunun fəaliyyət göstərdiyini deyib. O, dünya təcrübəsini nəzərə alaraq, ölkəmizdə də belə bir institutunun yaradılmasının, bu istiqamətdə ciddi tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu vurğulayıb. Mənbə:AMEA mətbuat xidməti
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2018 12:17 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |