|
BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edibBMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycanın həmmüəllifliyi ilə "Maarifləşmə və dini tolerantlıq" xüsusi qətnaməsi qəbul edilib. Ahlibeyt.az-ın məlumatına görə,"Report" Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, qətnamə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə irəli sürülmüşdü. Sənəd tolerantlıq və qarşılıqlı hörmətin təsdiqlənməsinə yardım göstərməyi, dini azadlığın təmin edilməsini, dindarların hüquqlarının qorunmasını və onlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınmasını nəzərdə tutur. Qeyd olunur ki, bir neçə ölkənin, o cümlədən Azərbaycanın həmmüəllifliyi ilə hazırlanmış və qəbul edilmiş bu sənəd BMT-nin bütün üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənib. Qətnamədə maariflənmənin, sülhün, insan haqlarının, dözümlülüyün və dostluğun təşviq edilməsinin mühüm rol oynadığı vurğulanır, eləcə də dünyada təhlükəsizlik və sülhün gücləndirilməsi naminə inteqrasiya, qarşılıqlı hörmət, insan hüquqlarının müdafiəsi, dözümlülk və qarşılıqlı anlaşmanın əhəmiyyəti qeyd olunur. Sənəddə dinlərarası, mədəniyyətlərarası və konfessiyalararası harmoniyanın təşviq edilməsinə, din və inanclarına görə şəxslərə qarşı ayrı-seçkilik edilməsinə mübarizəyə istiqamətlənmiş bütün beynəlxalq, regional və milli təşəbbüslər alqışlanır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Dekabr, 2018 10:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |