FOTO














|
|
Peyğəmbərin(s) mövludu Bakıda möhtəşəm şəkildə qeyd edilib - VideoDünyanın hər yerində olduğu kimi Azərbaycanda da İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud tədbirləri təşkil olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, noyabrın 25-də Bakının "Məşədi Dadaş" məscidində möhtəşəm mövlud tədbiri keçirilib. Mövlud gecəsinə din xadimləri - ilahiyyatçı hacı Şahin Həsənli, Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, ilahiyyatçı Axund Azər Sani, tanınmış qari hacı Ruslan Qasımov, xalq artisti, Azərbaycan muğam sənətinin görkəmli ifaçısı Alim Qasımov, məşhur xanəndə Hüseyn Məlikov, yazıçı, şair və kinodramaturq İlqar Fəhmi, fəlsəfə doktoru Mail Yaqub, tanınmış qəzəlxan Arif Buzovnalı və digər qonaqlar qatılıblar. Tədbiri məscidin həyətində quraşdırılmış monitordan da izləmək mümkün olub. Qeyd edək ki, Həzrət Məhəmmədin (s) mövlud məclisinə əhli - sünnə məzhəbindən olan Qaraçuxur məscidinin imamının dəvət olunması və onun məsciddə çıxış etməsi ölkədə məzhəblərarası vəhdətinin təbliğinə böyük töhvə verib.
FOTO
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2018 10:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |