|
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində bir sıra görüşlər keçiribAlmaniyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Berlində bir sıra görüşlər keçirib. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, nümayəndə heyəti əvvəlcə Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə müvəkkili, səfir Haydrun Tempel, din məsələləri üzrə müvəkkili, səfir Folker Berreshaym və Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Aksel Bayerlə görüşüb. Daha sonra Almaniya Bundestaqında xarici siyasət komitəsinin üzvü, hakim Xristian-Demokratlar/Xristian-Sosialist İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı üzrə məruzəçisi Nikolas Löbellə görüş keçirilib. Görüşlərdə Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini, eləcə də mədəniyyətlər və dinlər arasında əməkdaşlıq təcrübəsini dünya ölkələri ilə bölüşmək niyyəti və bu məqsədlə beynəlxalq tədbirlər həyata keçirməsi yüksək qiymətləndirilib. Bu xüsusda, Berlində keçirilmiş “Dinlər və mədəniyyətlərarası əməkdaşlıqdan dialoqa doğru” konfransının uğurlu təşkil edildiyi, Almaniya və digər dünya ölkələrinin dini icmalarının, eləcə də siyasi, elmi və mədəni dairələrinin orada yüksək səviyyədə təmsil olunduqları bildirilib. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə həyata keçirilən beynəlxalq tədbirlərin insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verdiyi vurğulanıb və bu qəbildən olan tədbirlərin davamlı surətdə keçirilməsinin əhəmiyyəti qeyd olunub. Allahşükür Paşazadə multikulturalizm və dini tolerantlığın Azərbaycan xalqının milli ruhundan irəli gəlməklə yanaşı, həm də dövlət siyasəti olduğunu deyib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın bugünkü daxili və xarici siyasətində bu dəyərlərin təşviqi, ölkəmizin etnik, dini və mədəni müxtəlifliyinin qorunub saxlanılması, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında körpülərin yaradılması xüsusi yer tutur. Şeyxülislam Azərbaycanın bu səylərini yüksək qiymətləndirdiyinə və dəstəklədiyinə görə Almaniya tərəfinə təşəkkür edib. Görüşdə Azərbaycan nümayəndə heyəti, həmçinin dünyada vicdan azadlığının təmin olunması, dini radikalizmlə və ksenofobiya ilə mübarizə aparılması kimi mövzuları müzakirə edib, ölkəmizin bu sahələrdəki təcrübəsi və nailiyyətləri barədə məlumat verib. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, torpaqlarımızın 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına baxmayaraq, ölkəmizin bu münaqişənin sülh yolu ilə həllinə çalışdığı vurğulanıb. Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyanın millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin deputatı Cavanşir Paşazadə daxil olub. Nümayəndə heyətini ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov müşayiət edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2018 14:02 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |