|
“Əsgərlər unudulanda ölürlər” sənədli filminin təqdimatı keçirilibÖtən gün tanınmış jurnalist, "Ayna" internet qəzetinin yazarı Arif Əliyevin "Yalama" kitabı əsasında çəkilmiş "Əsgərlər unudulanda ölür" adlı sənədli filminin premyerası olub. Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, film 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğalı zamanı 70-minlik işğalçı qüvvənin qarşısına çıxan 350 nəfərlik Yalama qarnizonunun qəhrəmanlığından bəhs edir. "Aranfilm" Yaradıcılıq Mərkəzinin təqdim etdiyi film tariximizin ən şərəfli və qaranlıq səhifələrindən birinə işıq salır. Filmin çəkilişləri Yalama, Bakı, Tbiflisi, Ankara və Moskvada aparılıb. Filmin ssenari müəllifi Arif Əliyev, quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Rafiq Əliyevdir. Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib, mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2018 11:43 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |