|
İlahiyyat İnstitutunun rektoru: “Bu gün İslam mədəniyyəti mövzusuna çox da diqqət ayıra bilmirik”İslam mədəniyyətinə töhfə verən alimlərin bir qismi bu bölgədə yetişib Ahlibeyt.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" mövzusunda keçirilən konfrasda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin tərkib hissələrindən biridir: “Əvvəlki dövrlərdə yazılan bəzi kitablarda ibadət, iman mövzusu qabardılıb və əxlaqa az yer ayırılıb. Bunun özü mənfi təsirlərə səbəb olub. Azərbaycan İslamı fikrini yaratmaq çox vacibdir. Özünəməxsusluğumuzu biruzə verməliyik". Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə bildirib ki, bu gün Azərbaycanda dinə münasibət birmənalı deyil: “Bu gün insanların bəziləri dinə ironiya ilə yanaşırlar, bunun obyektiv və subyektiv səbəbləri var. Bu bizim hamımızın problemidir. Müxtəlif qüvvələr kimlərisə qarşı qarşıya gətirmək istəyirlər". Rektor qeyd edib ki, İslam mədəniyyətinə töhfə verən alimlərin bir qismi bu bölgədə yetişib: "Bu bölgə İslam mədəniyyətinə, İslam tarixinə bir çox tarixi şəxsiyyətlər bəxş edib. Bu gün Azərbaycanda din sahəsinə böyük diqqət var". C.Məmmədov əlavə edib ki, sosial şəbəkələrdə məzhəb təbliğatının aparılmasına cəhd edilir: "Bunların qarşısının alınmasında ən böyük məsuliyyət ilahiyyatçıların üzərinə düşür. İslamın intibah dövründə insanlar dini biliklərlə yanaşı, dünyəvi biliklər də əldə edirdi. Bu gün qarşımızda duran əsas hədəflərdən biri elə ilahiyyatçılar yetişdirməkdir ki, onların dünyəvi bilikləri yüksək olsun. Bu gün ingilis və rus dillərində bilən ilahiyyatçı azdır və reallıqları xaricdə təbliğ edəcək insanlara ehtiyac var". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Noyabr, 2018 12:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |