|
|
“Cəmiyyəti qıcıqlandıran verilişlər siyahıya alınacaq” - MTRŞ sədri"Yaxın günlərdə televiziya və radiolarla bağlı son 6 ayın geniş hesabatı ictimaiyyətə açıqlanacaq. Hesabatda əsas məsələ radio və televiziyalarda yayımlanan, xüsusilə cəmiyyətdə qınaq obyektinə çevrilən verilişlər və aparıcılarla bağlı da məsələlər öz əksini tapacaq. İctimaiyyətin narazılığına səbəb olan, əhalini qıcıqlandıran verilişlərin adı da hesabatda qeyd olunacaq. Təbii ki, bu məsələləri daim diqqətdə saxlayırıq”. Ahlibeyt.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, radio və televiziyalarda aşkarlanan nöqsanlarla bağlı irad hər zaman olub. "Dil normalarına riayət edilməsi bizim üçün çox vacibdir. Zaman-zaman ədəbi dil qaydalarının pozulması barədə iradlarımızı bildiririk. Deyərdim ki, bu məsələ hər birimiz üçün aktualdır. Hesab edirəm ki, yaxın vaxtlarda bu sahədə müəyyən dəyişikliklər olacaq. Bu adi məsələ deyil, bunlar kompleks həll olunmalıdır”. Qeyd edək ki, son zamanlar televiziya kanallarında yayımlanan bəzi verilişlər və aparıcılarla bağlı ictimaiyyətdə narazılıqlar səngimir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Noyabr, 2018 11:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |