|
Bu gün Azərbaycan Respublikasının Konstitusiya günü qeyd olunur12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür
1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan xalqı 1995-ci ilin noyabrın 12-də keçirilmiş referendumda öz konstitutsiyanı qəbul edib.
Azərbaycan Respublikasının əsas qanunu həmin ilin noyabrın 27-dən qüvvəyə minib.
Prezident Heydər Əliyevin 6 fevral 1996-cıf il ərmanı ilə noyabrın 12-i Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir.
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Qeyd edək ki,Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2018 11:23 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |