إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edilib

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının növbəti iclası keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Fonddan AZƏRTAC-a bildiriblər ki, müşahidə şurasının sədri Həsən Həsənov iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iclasda “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elan” edilməsi və cari məsələlər müzakirə olunacaq.

Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqaməti əhatə edir. V.Səfərli qeyd edib ki, 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək davam edəcək müsabiqənin şərtlərinə əsasən, I yerin qaliblərinə 500, II yerin qaliblərinə 400, III yerin qaliblərinə 300 manat məbləğində mükafatın verilməsi nəzərdə tutulub.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Daha sonra məsələ səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2018  10:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!