|
|
Möhtəşəm “Bayraq yürüşü” keçirilibBu gün Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində qarşıdan gələn "9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" münasibəti ilə “Bayraq yürüşü” keçirib. Ahlibeyt.az-ın Salamnews-a istinad'n xəbərinə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib. Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Yürüş iştirakçıları hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib. Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımızhaqqında mahnılar ifa olunub. Çoxsaylı iştirakçının qatıldığı yürüşün sonunda xatirə fotosu çəkilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2018 15:14 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |