|
“XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti” mövzusunda elmi seminar keçiriləcək"XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçiriləcəkAhlibeyt.az-ın verdiyi xəbərə görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminarı keçiriləcək. Tədbir AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutacaq. Seminar XX əsrin ikinci yarısı, xüsusilə də 1960-1980-ci illər Azərbaycan mədəniyyətinin Qərb mədəniyyəti ilə qarşılıqlı münasibətləri kontekstində yeni akkultural situasiya, milli mədəniyyətin həmin mərhələ üçün strateji seçimi olan inteqrasiya prosesləri, onun etnomədəni sistem bütövlüyü, bu sistemdə ənənəvi mədəniyyətin, folklorun tənzimləyici parametr funksiyası və s. kimi elmi məsələlərin müzakirəsinə həsr olunur. Məlumata görə seminar 7 noyabr 2018-ci il tarixində saat 11:00-da Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129 - da keçiriləcək. Mənbə: AMEA rəsmi saytı
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2018 10:53 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |