|
“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilibNoyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Liman şəhər 2 saylı tam orta məktəbində “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib. Ahlibeyt.az-ın Dövlət komitəsi mətbuat xidmətinə istinadən məlumatına görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Ramiz Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Liman şəhər 2 saylı tam orta məktəbin direktoru Ramiz Məmmədov keçirilən maarifləndirmə tədbirlərinin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında ölkəmizdə zərərli vərdişlərə qarşı aparılan mübarizə, həmçinin erkən nikahların aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bəhs edib. Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında zərərli vərdişlərə, erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması, eyni zamanda erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Noyabr, 2018 10:22 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |