|
|
UNISEF: İnternetin yaratdığı təhlükələr barədə uşaqların məlumatlarını artırmalıyıqBiz uşaqları qoruyuruq, onların təhlükəsizliyinin təmini üçün proqramlar yaradırıq, amma uşaqlara internetin yaratdığı təhlükələr barədə də danışmalı, onların bununla bağlı məlumatlarını artırmalıyıq. Ahlibeyt.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNISEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının ("Kidsafe") təqdimatında çıxış edərkən deyib. Onun sözlərinə görə, hazırda internet uşaqlar üçün geniş imkanlar yaradır: "Əslində, onun yaratdığı geniş imkanlardan istifadə etməliyik, bu imkanları məhdudlaşdırmamalıyıq. Ancaq təəssüflə onu da etiraf edək ki, cəmiyyətdə bəzi şəxslər internetin imkanlarından istifadə edərək insanlara zərər vururlar. Odur ki, biz onun qarşısını almaq üçün tədbirlər görməliyik". E.Karvardin bildirib ki, uşaqların müdafiəsi üçün xüsusi proqramlardan istifadə etmək onların internet təhlükəsizliyinin təminində böyük rol oynayır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Noyabr, 2018 13:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |