|
Humanitar Forum çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilirAltıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da Azərtac-ın təşkilatçılığı ilə “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiya keçirilir. Sessiyada cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun bütün dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələrlə bağlı məruzələr dinlənilir. Yerli və xarici kütləvi informasiya vasitələrinin, beynəlxalq və regional media qurumlarının rəhbərlərinin və nümayəndələrinin, tanınmış ekspertlərin iştirakı ilə keçiriləcək sessiya iki hissədən ibarətdir. Sessiyanın AZƏRTAC-ın İdarə Heyətinin sədri, Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti Aslan Aslanovun və Rusiyanın TASS agentliyinin Baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusmanın moderatorluğu ilə keçən birinci hissəsində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rumıniyanın AGERPRESS agentliyinin baş direktoru, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, İranın İRNA xəbər agentliyinin baş direktoru Sayed Ziya Haşemi, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, “Belarus seqodnya” media holdinqin baş direktoru Dmitri Juk və “Hoy Los-Angeles” qəzetinin baş redaktoru Alexandro Masiel çıxış edəcəklər. İşçi sessiyanın Mixail Qusmanın və AZƏRTAC-ın Almaniya üzrə müxbiri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının baş katibi Vüqar Seyidovun moderatorluğu ilə keçəcək ikinci hissəsində isə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, TASS agentliyinin baş direktoru, MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının sədri Sergey Mixaylov, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyar, Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi, Livan Milli Xəbər Agentliyinin baş direktoru Laure Sleiman, ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Peter Teys, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev və Türkiyənin Anadolu Agentliyinin layihə meneceri Elife Çekem çıxış edəcəklər. Yekunda məruzə və çıxışlarda qaldırılan məsələlərə, sessiya iştirakçılarının səsləndirdikləri təkliflərə münasibət bildiriləcək, yanlış məlumatlandırma siyasətinin fəsadlarını minimuma endirməklə bağlı KİV-in üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılacaq, suallar cavablandırılacaq. Mənbə: Azərtac Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Oktyabr, 2018 11:26 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |