|
Şrvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilibŞirvanşahlar dövlətinə aid olan və dünyanın müxtəlif muzeylərində saxlanılan nadir eksponatlar sərgidə nümayiş etdirilmək üçün Azərbaycana gətirilib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Fakxeber.com-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarə "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi təşkil edəcək. Tədbir "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans çərçivəsində baş tutacaq.
Sərgi oktyabrın 23-24-də konfrans iştirakçılarının xüsusi ziyarəti, oktyabrın 25-dən isəictimaiyyət üçün açıq olacaq.
İlk iki gün ərzində sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunacaq. İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan eksponatlar sərginin əsasını təşkil edəcək. Sərgidə Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunacaq.
Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində "canlanan" eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi abu-havasını zənginləşdirəcək qədim musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin obrazını səsləyən konstruksiyalardan istifadə olunacaq.
"Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi 2019-cu ilin yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20.00-dək ziyarətçilər üçün açıq olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2018 10:26 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |