|
|
Prezidentin tapşırığının icrasına başlanıldı - “Fatimeyi Zəhra” məscidini hasara aldılar - FOTOLARTikintisi yarımçıq qalmış “Fatimeyi Zəhra” məscidi Prezident İlham Əliyevin təşəbbüsü ilə yenidən inşa olunur.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QİM) sədri Şeyxülislam Allahşükür Paşazadə bu ilin sentyabr ayında məscidin ölkə başçısının şəxsi hesabına tikiləcəyi anonsunu vermişdi: “Prezident İlham Əliyev Fatimeyi Zəhra məscidini şəxsi vəsaiti hesabına tikdirmək istəyir. Məhərrəm ayından sonra prosesə başlanılacaq". Gedişat göstərir ki, artıq tikinti işləri üçün hazırlıqlara start verilib.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti hələ 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.
Bakı şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.
![]() ![]() ![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2018 12:18 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |