|
Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar keçirilibMənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi ilə “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən, tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, din xadimləri, dini icma sədrləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Seminarı giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti olduğunu qeyd edib və gələcəkdə də davamlı olmasının vacibliyini vurğulayıb. Tədbirdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimov şəhidlərə göstərilən hörmət və ehtirama görə Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirib. Şəhid atası xüsusilə gənclər arasında bu kimi tədbirlərin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb. Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu haqqında iştirakçıları məlumatlandırıb. İcraçı direktorun müavini Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun hər kəs üçün şəhidlik nümunəsi və fəxarət mənbəyi olduğunu bildirib. C.Əliyev qeyd edib ki, Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq ordumuzda mənəvi ruh yüksəkliyinin olduğuna bariz nümunədir. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov Qurani-Kərimə görə şəhidlərin yüksək məqama sahib olduğunu, şəhidliyin dərin mənəvi mahiyyət daşıdığını qeyd edib. İlahiyyatçı ekspert Anar Əliyev bildirib ki, şəhidlik mənəvi dəyər olaraq xalqımız tərəfindən hər zaman uca tutulur, şəhid ailələrinə dərin hörmət bəslənilir. Sonda tədbir iştirakçıları seminar-treninqlə bağlı öz fikirlərini bölüşüb və şəhidlər üçün dualar ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Oktyabr, 2018 10:35 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |