|
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyaya səfər edəcəkQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 18-20-də Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfərin məqsədi oktyabr ayının 19-da Vyanada keçiriləcək KAICIID Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 19-cu sessiyasında iştirak etməkdir. Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadənin qatılacağı sessiyada bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklər, habelə insan resursları barədə təqdimatların keçirilməsi, KAICIID idarəetmə strategiyası ətrafında müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası əlaqələndirmə məsələləri, həmçinin G20 çərçivəsində Dinlərarası Forumun inkişaf perspektivləri kimi qlobal əhəmiyyətli məsələlər də daxildir. Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qurumun əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. Qərargahı Vyana şəhərində yerləşir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2018 12:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |