|
|
İrfan ədəbiyyatına həsr olunan kitab nəşr edilibAMEA Şərqşünaslıq İnstitutunda irfan ədəbiyyatına həsr olunan kitab nəşr edilib Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Həqiqət axtarışında” kitabı işıq üzü görüb. Oxuculara təqdim edilən kitab irfan ədəbiyyatının öyrənilməsində atılan addımlardan biridir. Kitabda Azərbaycan İran, Pakistan, Türkiyə, Tacikistan, Rusiya , Qazaxıstan və Ukraynada çap olunmuş məqalələr toplanıb. Məqalələr toplusu altı fəsildən ibarətdir və dillər üzrə qruplaşdırılıb, yarımfəsillər məntiqi və tarixi ardıcıllıq üzrə verilib. Kitaba məqalə, tərcümə, beynəlxalq elmi konfrans materialları daxil edilib. Burada Fəridəddin Əttarın, Xacə Abdullah Ənsarinin, Əbu Nəsr Sərracın, Əbdürrəhman Süləminin və başqalarının yaradıcılığına həsr olunmuş məqalələr, ilahi və bəşəri kəlamda zöhdün nəzəri və praktiki əsası, sufilikdə məqam və hal anlamları və s. mövzuda yazılar, eləcə də bir sıra tərcümələr yer alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Oktyabr, 2018 10:00 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |