|
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə səfər edəcək. Ahlibeyt/az-ın verdiyi xəbərə görə, QMİ-nin məlumatında bildirilir ki, səfərdə məqsəd Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin himayəsi ilə 10-11 oktyabr tarixlərində Astanada keçiriləcək “Dünya və ənənəvi dini liderlərin” VI Qurultayında iştirak etməkdir. 15 illik tarixə malik Qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Qurultayın budəfəki mövzusu “Dini liderlər təhlükəsiz dünya uğrunda”dır. Qurultayda "Manifest" Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası", "Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar", "Din və qloballaşma: çağırışlar və cavablar", "Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması" kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək. Əvvəlki Qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə “Dünya və ənənəvi dini liderləri”nin VI Qurultayında məruzə ilə çıxış edəcək. Şeyxülislam A. Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2018 13:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |