|
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albom çap edilibAzərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albom çap edilibAMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Səbuhi Əhmədov, Emin Məmmədov və Nurəngiz Qarayevanın Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş kitab-albomu nəşr edilib. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, kitab-albomda muzeyin arxeoloji kolleksiyasında qorunan bəzi silah nümunələri haqqında müfəssəl məlumat verilib. Həmin nümunələrin bir qismi XX əsrin 20-80-ci illərində Şəki, Qazax, Qəbələ və Mingəçevir bölgələrinə, eləcə də Xəzər dənizi hövzəsinə təşkil edilmiş arxeoloji ekspedisiyalar zamanı tapılıb. Onların arasında müvafiq elmi-tədqiqat müəssisələrinin apardığı arxeoloji axtarışlar zamanı tapılmış nümunələr də yer alıb. Eyni zamanda, Daşkəsən, Lənkəran, Qazax, Naxçıvan və ölkəmizin digər bölgələrində tapılmış müxtəlif silah növləri (qılınclar, xəncərlər, bıçaqlar, döyüş yabaları, nizə, ox ucluqları, baltalar və s.) haqqında məlumatlar kitaba daxil edilib. Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır Kitab-albom tədqiqatçılar, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2018 10:02 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |