|
|
“İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıbAMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin əməkdaşlarının hazırladıqları “İslam həmrəyliyi və Azərbaycan: reallıqlar və perspektivlər” kitabı çapdan çıxıb. Ahlibeyt.az-ın Milli Akadeliyanın mətbuat xodmətinə istinadən məlumatına görə, monoqrafiyada qarşıya qoyulan əsas məqsəd müasir dövrdə aktuallıq kəsb edən İslam həmrəyliyi problemini Azərbaycan nümunəsi əsasında tədqiq etməkdir. Nəşrdə İslam həmrəyliyinin tarixi kökləri və bu istiqamətdə atılmış ilk addımlar öyrənilib, bu anlayışın dini-ideoloji əsasları tədqiqata cəlb edilib, indiki dövrdə hansı hüquqi-siyasi qurumlarda əksini tapmağı məsələsi araşdırılıb. Monoqrafiyanın “İslam həmrəyliyi: dünəndən bu günə” adlanan birinci fəslini il.ü.f.d. Aslan Həbibov, “İslam həmrəyliyinin dini ideoloji əsasları” adlanan ikinci fəslini fəl.ü.f.d. Elvüsal Məmmədov, “İslam həmrəyliyi və müasir Azərbaycan” adlanan üçüncü fəslini fəl.ü.f.d. İlkin Əlimuradov, “İslam həmrəyliyi yeni dünya sistemində alternativ təşəbbüs kimi” adlanan dördüncü fəslini isə fəl.ü.f.d. Leyla Məlikova yazıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2018 10:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |