|
|
Kərbəla və Qarabağ şəhidləri anılıbBakıda “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağın işğaldan azad olunmasında İmam Hüseyn məktəbinin rolu” adlı tədbir keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, birlikdən SalamNews-a verilən məlumata əsasən, tədbirdə ilk olaraq, “Qazi Qarabağ” azanı səsləndirilib. Daha sonra Kərbəla şəhidləri və Qarabağ uğrunda döyüşlərdə şəhid olanların əziz ruhuna müqəddəs Qurani-Kərimdən ayələr oxunub. Tədbirdə çıxış edən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, İmam Hüseyn məktəbinin ən layiqli davamçıları Qarabağ şəhidləridir. Onun sözlərinə görə, Əhli-Beyt məktəbi aşiqlərinin Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında misilsiz xidmətləri var: “Elə bu səbəbdən Aşura mərasimi xalqımızın mənəvi dəyərinə çevrilib. Əsrlərdir ki, İmam Hüseyn şəhadətinin fəlsəfəsini anlayan Azərbaycan xalqı bu şəhidlik məktəbindən dərs alıb. Bunun əsl nümunəsini dogma Qarabağımızın azadlığı uğrunda canını fəda edən vətənpərvər oğullarımızın şücaətində görmək olar”. Birlik sədri tədbirin keçirilməsində verdiyi dəstəyə görə “Ovqat-AB” şirkətinin rəhbərlyinə öz təşəkkürünü bildirib. Tədbirdə şəhid və qazi ailələri də iştirak edib. Sonda Kərbəla və Qarabağ şəhidləri adına ehsan süfrəsi açılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2018 10:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |