|
|
Aşura ilə bağlı 5 mindən çox insan qan veribAzərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir. Ahlibeyt.az-ınTrend-ə istinadən məlumatına görə, bu münasibətilə Qafqaz Qafqaz Müsəlmanları İdarəsində də qanvermə aksiyası keçirilir. Qanvermə aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, millət vəkilləri və digər din xadimləri də iştirak ediblər. Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyasında 5089 nəfər iştirak edib. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, indiyədək 2291 litr qan toplanıb. Qeyd edək ki, aksiyalar respublika ərazisində yerləşən bir çox məscid və ziyarətgallarda təşkil olunmuş xüsusi məntəqələrdə keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2018 16:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |