|
|
Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edibBakı şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 20-də baş tutacaq Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.
Ahlibeyt.az-ın DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər. “Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik” -, deyə V.Əsədov vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Sentyabr, 2018 17:50 ⁄ Çap
Bu bölmədə12 Noyabr, 2026 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür 8 Noyabr, 2026 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |