|
|
Azərbaycan İlahiyyat İnstitunun açılış mərasimi olub Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) açılış mərasimi olub.
Ahlibeyt.az-ın “Report” a istinadən məlumatına görə, mərasimdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və məsul şəxsləri iştirak ediblər.
Aİİ-nin rektoru Ceyhun Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu sahəyə xüsusi qayğı göstərildiyini vurğulayıb. O, Aİİ-nin yaradılmasını Prezidentin dinə, mənəvi dəyərlərə qayğısının ən böyük göstəricilərindən biri olduğunu qeyd edərək bu qərara görə bütün ilahiyyatçılar adından ölkə başçısına təşəkkürünü bildirib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövləti din xadimlərini daim diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir.
Tədbirdə iştirak edən digər qonaqlar da çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqı və institut heyətini təbrik edib, yeni təhsil müəssisəsinin quruculucuğu sahəsində görülən işləri təqdir edərək Aİİ rəhbərliyinin bu böyük məsuliyyətin öhdəsindən uğurla gələcəyinə inamlarını ifadə ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2018 10:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |