|
|
İslam İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilibAzərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Ahlibeyt.az məlumatına görə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr sentyabrın 14-də İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Zamir İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan institutlar ilə əməkdaşlığa önəm verdiyini, bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 40-dan çox layihə çərçivəsində 1,2 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb və bu layihələr kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı, ekologiya, ticarət, özəl sektor və s. sahələri əhatə edir. Nazir Şahin Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, bankın Azərbaycanda özəl sektora investisiya yatırılması, müəssisələrin birbaşa maliyyələşdirilməsi, səhm kapitalında iştirak kimi sahələrdə fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini, eləcə də kənd təsərrüfatı, sənaye parkları və zonaları, maşın və avadanlıqların istehsalı, kimya sənayesi, əczaçılıq kimi prioritet sahələrdə investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarını vurğulayıb. İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Zamir İqbal İslam İnkişaf Bankının 500 milyon dollar nizamnamə kapitalı olan Elm, Texnologiyalar və İnnovasiyalar Fondu barədə məlumat verərək qeyd edib ki, fond banka üzv ölkələrdə elmin, texnologiyanın və innovasiyaların təşviqinə, startapların, kiçik və orta sahibkarlığın inkişafına dəstək verir. Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Zamir İqbal qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2018 11:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |