|
Bu gün Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə möhtəşəm parad keçiriləcəkTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb. Səfər çərçivəsində Türkiyə dövlət başçısı Bakının işğaldan azad olunmasının 100 illiyi münasibəti ilə təşkil ediləcək mərasimlərə qatılacaq. Ahlibeyt.az-ın məlumatına görə, sentyabrın 15-də “Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə parad keçiriləcək. Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirak edəcəyi gözlənilir. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, “Azadlıq” meydanı və Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. “Eyni zamanda Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən Bayraq meydanı ərazisindən Yusif Səfərov və Afiyyətdin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir”, o qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Sentyabr, 2018 10:42 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |