|
İmam və qazıların həyat şəraiti daha da yaxşılaşdırılacaq"Sentyabrın 1-dən etibarən din xadimlərinə verilən maddi yardımdan heç bir vergi tutulmadan təqdim olunur".
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır: "Bu yardımlardan müəyyən sosial və vergi tutmaları tətbiq edilirdi. Dövlət başçısı bunu bildikdə vergi tutulmasının dayandırılması barədə tapşırıq verdi. Bu səbəbdən sentyabrın 1-dən sosial və vergi tutulması dayandırılır".
M.Qurbanlı bildirib ki, sentyabrın 1-dən din xadimləri maddi dəstəyi kartlarına yazıldığı qədər tam məbləğdə alacaqlar: "Dövlətimiz məscidlərdə işləyən imam və qazıların həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin keçirilməsini nəzərdə tutur. Yəqin ki, yaxın aylarda bunu görəcəyik".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2018 12:44 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |