|
|
Tarix İnstitutunda Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıbAMEA Tarix İnstitutunun Elmi şurasının qərarına əsasən, bu elm müəssisəsində Strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, Yeni mərkəz Azərbaycanın ümumdünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın türk-müsəlman dünyasındakı yeri və roluna, xüsusilə strateji coğrafi məkan olaraq əhəmiyyətinə dair araşdırmalara diqqət yetirəcək. Bu mərkəz vasitəsilə xalqımızın tarixi xarici ölkələrdə, o cümlədən Türkiyə və digər türkdilli respublikalarda doğru-düzgün təbliğ ediləcək. Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixinə dair strateji əhəmiyyəti olan problemlər müəyyənləşdiriləcək və bu istiqamətdə birgə tədqiqatlar aparılacaq. Həmçinin sentyabrda Bakıda Tarix İnstitutunun və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda Qafqazın, Mərkəzi Asiyanın və Volqaboyu türk xalqlarının tarixinə dair məruzələr dinləniləcək. Tədbirdə dünyanın tanınmış tarixçi alimlərinin iştirakı gözlənilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2018 15:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |