|
|
Məşədi-Dadaş məscidində talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilibİyulun 20-də Bakıdakı Məşədi Dadaş məscidində talassemiyalı uşaqlar üçün ənənəvi qanvermə aksiyası keçirilib. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, aksiya Azərbaycan Talassemiya Federasiyasının (ATF) və Məşədi Dadaş məscidinin dini icmasının birgə təşəbbüsü ilə təşkil olunub. Aksiyada yüzlərlə şəxs qan verərək xəstə uşaqlara yardım əllərini uzadıblar. Məscidin imamı Şahin Həsənli cümə xütbəsində qan çatışmazlığından əziyyət çəkən körpələrə qan verməyin uşaqlara həyat bəxş etmək baxımından əhəmiyyətini yüksək qiymətləndirib, bu əməlin savab iş olduğunu vurğulayıb. Qeyd edib ki, bu, müsəlmanlıq və insanlıq borcu olmaqla yanaşı, Allah qatında üstün əməllərdən sayılır. O, ənənəvi aksiyanın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Aksiyada toplanılan qan Mərkəzi Qan Bankına təhvil verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2018 10:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |