|
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdirİyulun 17-də Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə müşavirə keçirilir. Ahlibeyt.az-ın məlumatına görə, REAL-ın xüsusi müxbiri xəbər verir ki, din xadimlərinin ümumrespublika toplantısını Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə açdı. O çıxışa İmamzadə kompleksinin hələ Sovet dövründə məruz qaldığı təzyiqdən və o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin bu müqəddəs ocağı qoruya bildiyini qeyd etməklə başladı. Hacı Allahşükür Paşazadə dedi ki, toplantı Gəncədə dinlə pərdələnən bir qrup kriminal element tərəfindən qətlə yetirilmiş şəhid polis zabitlərimizin ruhuna bir ehtiram olaraq keçirilir. Bununla yanaşı Azərbaycan dövlətinə, islam dininə güllə atmış şəxslərin hərəkətinin birmənalı olaraq terror kimi qiymətləndirilməsi üçün daha bir fürsətdir. Şeyx bəyan etdi ki, bizi heç nə haqq yolumuzdan döndərə bilməyəcək, qarşımıza çıxan bu sınaq da dindarların Prezident İlham Əliyevi, dövlətimizi ləyaqətlə və etibarlı surətdə dəstəklədiyini nümayiş etdirdi: "Mənimlə görüşündə Qaregin özü etiraf etmişdi ki, mən Sizə, Azərbaycana qarşı təbliğat aparıram. Görürsünüz, hətta ermənilərin dini lideri özü bunu boynuna alır. Deməli, düşmənin Azərbaycandakı sabitliyi, inkişafı pozmaq niyyəti həmişə var və buna görə də öz planlarını icra etməyə imkan axtaracaq". Şeyx Prezident İlham Əliyevin Gəncədə törədilən terror aktlarını həyata keçirənlər, onlara kömək edənlərin tapılıb dərhal cəzalandırııması barədə verdiyi tapşırığı xatırlatdı. Şeyx İslam dininin Azərbaycanda əhatə olunduğu dövlət qayğısı ilə yanaşı ölkəmizin beynəlxalq aləmdə də qazandığı nüfuza diqqət çəkdi. Dini Qurumlarla iş üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin Azərbaycanda nqmunəvi mövcudluğu, dindarların, inanclıların multikultural bir ölkədə xüsusi qayğı ilə əhatə olunduğunu vurğuladı. Mübariz Qurbanlı hər kəsin, hər bir vətəndaşın bu günlər daha həssas olmaq kimi vəzifəsini, diqqətli olmaq borcunu xatırlatdı. Qafqaz Müslmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli terroru lənətlədiyini söylədi və bu cür əməllərin əslində dini, İslamı gözdən saldığını qeyd etdi. Qafqaz Müsəlmanları idarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Azərbaycanda bütün inanclı insanların, dindarların Gəncədə terror aktı törədənlərin cəsalandırılması tələbini irəli sürməsini Dövlətə, Prezidentə etibar və inam göstəricisi kimi qiymətləndirdi. Toplantıda Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli baş verən qanlı aktı Əhli-beytə Azərbaycan xalqının ehtiramı kontekstində şərh etdi: “Bu ölkədə Əhli Beytə olan hörmət, onlara məxsus olan irs belə bir qəddarlığı yolverilməz edir. Amma dövlət inkişaf edirsə, onun inkişafına zidd olan qüvvələrin də müəyyən cəhdlərinə hazır olmaq lazımdır”. İçərişəhər Cümə məscidinin icma sədri Hacı Surxay islam dinini dünyada gözdən salmaq istəyən qüvvələrin məkrindən danışdı. O dedi ki, Allah islam dinini ən humanist din kimi yaradıb. Gəncə İmamzadə ziyarətgahının rəhbəri, şəhid Səməd Abbasovun qardaşı Hacı Tahir çıxışında baş vermiş terror aktının Azərbaycana, dövlətə, dinə qarşı olduğunu söylədi. Prezidentin dinə və dindarlara xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi: “Amma qardaşımın və mənəvi qardaşımın qanı sübut etdi ki, Azərbaycanın düşmənləri öz niyyətinə çatmayacaqlar! Bizim İlham Əliyevə sədaqət andımız var!” Sonda Şeyxülislam toplantıya qatılanlara xitabən deyib: “Siz burdasınızsa, bütün Azərbaycan burdadı. Ölkənin hər yerindən bura gəlmisiniz. Bu, həm də o deməkdir ki, biz həmişə dövlətimizlə bir yerdə olacağıq və heç bir qüvvə bizi dövlətimizdən, prezidentimizdən ayıra bilməz. Toplantıdan sonra şəhid polis zabitlərinin xatirəsinə ehsan verilib. Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2018 16:09 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |