|
Kaspersky-Lab: Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıbAzərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır. Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Rusiyanın antivirus proqram təminatının hazırlaması ilə məşğul olan "Kaspersky Lab"ın məlumatında qeyd olunur. Məlumatda bildirilir ki, bu göstərici, demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb: "Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub". Bununla belə, "Kaspersky Lab"ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər: "2017-ci ilin ilk yarısında Azərbaycanda "Android" istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb. 2018-ci ilin birinci yarısında "Android" platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2018 11:24 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |