|
Öz canları bahasına uşaqları xilas edən müsəlmanlar ABŞ-da qəhrəmana çevrildilər - FOTOSəudiyyə Ərəbistanından olan 2 gənc öz canlarından keçərək suda boğulan uşaqları xilas ediblər. Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanından olan 2 tələbə öz canları bahasına çayda boğulan uşaqları xilas etmələri ilə ABŞ-da qəhrəmana çevriliblər. Faciə müsəlmanlar üçün müqəddəs olan cümə günü - iyunun 29-u Teb əl-Yami (27 yaş) və Cazer əl-Raka (25 yaş) təlaş içərisində Çikopi çayının axının apardığı uşaqlarını səsləyən ananı görən zaman baş verib. Gənclər düşünmədən suya atılıblar. Müsəlman cavanlar uşaqları xilas edə biliblər, amma güclənmiş axın səbəbi ilə sudan çıxa bilməyiblər. Onların cəsədləri bir neçə gün xilasedicilər tərəfindən aşkarlanıb. Məlum olub ki, Teb və Cazer qohumdurlar və ABŞ-da inşaat və mühəndislik üzrə təhsil alırdılar. ABŞ Dövlət Departamenti qəhrəmancasına dünyalarını dəyişən müsəlmanların yaxınlarına başsağlığı verib. Rəsmi bəyanatda qeyd edilir ki, onların cəsurluğu xarici tələbələrdə olan bütün yaxşılıqların təcəssümüdür. “ABŞ Teb əl-Yami və Cazer əl-Rakanın Massaçusetsdəki faciəvi ölümləri ilə bağlı olaraq onların ailə və dostlarına başsığlığı verir. Gənclər cəsuranə şəkildə uşaqları xilas edərkən, boğularaq həyatlarını itiriblər.”, - deyə bəyanatda deyilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyul, 2018 16:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |